Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

Messi, yoxsa Ronaldo?

Hər bir tarixə hadisə kimi, bu dünya çempionatına şahidlik edən insanlar – biz, çoxumuz dərk etmirik ki, tarixə qızıl hərflərlə yazılacaq məqamlar gözümüzün önündə baş verir.

Ekran başında olsa belə, biz canlı və anlaqlı şəkildə tarixi izləyirik. Qeyri-adi bir şey baş verməsə, bu, son 20 ilin ən böyük futbol ulduzlarının sonuncu dünya çempionatı olacaq. Tale bu ulduzlardan ən çox diqqət mərkəzində olan ikisini – Lionel Messi və Kriştiano Ronaldonu fərqli hekayələr və kadrların müşayiəti ilə bu ana qədər gətirib çıxardı. Mən hələ Levandovskinin Sudiyyə Ərəbistanına vurduğu qola ağlaması, Dani Alveşin, Modriçin, Llorisin, Noyerin, Neymarın, elə həmin Messi və Kriştianonun tarixə düşən nəticələrini demədim. Bir sözlə, DÇ tarixindən danışılanda builki turnirlə bağlı nəql ediləsi çox hekayə var və hələ qabaqda yeniləri olacaq. Mən isə bu hekayələrdən birinə diqqət ayırmaq və bu hekayə üzərindən modern futbolun vacib bir gerçəkliyinə işıq tutmaq istəyirəm.

Portuqaliya yığmasının kapitanı, lideri, əsas ulduzu və vuran ürəyi Kriştiano Ronaldo qrup oyunlarının hamısında ilk 11-də başlasa da, ikinci hissədə əvəz olunmuş, cəmi bir qol vura bilmişdi – penaltidən… Bu, onun 5 DÇ-də qol vuran ilk oyunçu kimi tarixə adını salsa da, oyunu alınmırdı və Bruno Fernandesin “asma”sına toxunmadığı halda, qol vurmuş kimi sevinməyi psixoloji təzyiqi daha artırmışdı. Buna İsveçrə ilə oyunda ehtiyatda başlaması və onun yerinə meydana çıxan Qonsalo Ramosun het-triki də əlavə olundu. Start heyəti elan olunandan sonra özünü “Messisevər” adlandıranlar arasında Kriştianonun “çöküş”ünü bayram edənlər oldu. “Çoxu bayram etdi” deyək.

HAŞİYƏ: Kriştiano Brunonun “asma”sına toxunduğunu hiss etmiş ola bilər, üstəlik o qol onun müdaxiləsi olmadan baş tutmazdı. Qapıçını yanıltdı və sayəsində qol oldu. Amma daha vacibi odur ki, Kriştiano bu qola ənənəvi “Siu”su ilə yox, Brunonu qucaqlayaraq sevindi.

İnsanlar isə sosial medianın “feyk nyuz” xəstəliyi sayəsində yanlış görüntülərin təsiri altına düşüb. Yəqin ki, bir tərəfdən Kriştianonu təsəlli etmək, bir tərəfdən də komanda üzərindəki təzyiqi azaltmaq üçün srağagün portuqaliyalı oyunçu Otavio oyundan öncə baş verənlər haqda mediaya açıqlama verdi. Dedi ki, Kriştiano əsas heyatdə özünün yox, gənc Ramosun oynayacağını bilən kimi, komanda yoldaşına yaxınlaşıb və onu motivasiya edib, matça kökləyib. Və əsas müddəa da o olub ki, “biz bura Portuqaliya komandası və daha önəmlisi, ölkəmiz üçün gəlmişik”.

Kriştiano Ronaldonun özündənrazı və narsist bir görünümə, qavrayışa sahib olduğunu hamı bilir. Çoxunuzun adını bilmədiyi bir basketbol klubunda idarəçi olan dostum bir söhbətdə dedi ki, “Biz burda yeriyən eqolarla işləyirik”. Ayda 5-10 min qazanan və ancaq müəyyən şəhərdə məşhur olan basketbolçunun bu qədər yekə eqosu varkən, siz düşünürsüz ki, Kriştiano və Messini demirəm, bu gün dünyanın ən yaxşı 1000 futbolçusu arasında kiçik eqolu kimsə var? Eqo və narsisizm elə ancaq Ronaldo, İbrahimoviç və Mbappeyə məxsusdur? Xeyr, bu sadəcə marketinq oyunudur və idmançılar öz işlərini görməklə bərabər, müəyyən bir simaya da bürünməyə məcburdular. Bəzən bunu mətbuatdakı açıqlamalardan görürsən. “Filankəsi tanıyan adamlar bilir ki, o, əslində başqa cür insandır”. Əmin olun ki, meydanda və ekranda gördüyünüz, müsahibələr və oyundakı davranışlardan dolayı müxtəlif etiketlər yapışdırdığınız və medianın danışdığı hekayələrlə bərabər dərindən inanmağa başladığınız bir çox fiqur/rol/sima əslində gördüyünüzdən çox fərqlidir.

Bir də, bu işin “Messi vs Ronaldo” hekayəsi var ki, insanlar elə bilir, Messi və Ronaldo bir-biri ilə rəqabət aparır. Qismən, bəlkə… Amma əsas rəqabət insanın özü ilə, komfort dünyası ilə, qorxuları və əskikləri ilədir. Bu gün DÇ-də istədiklərini edə bilməyən Ronaldonun beynində Messi yoxdur, cəmi iki məqam var: Bu turnirdə layiqli şəkildə çıxış etmək və karyerasını layiqli şəkildə bitirmək. Çünkü mediaya da etiraf etdiyi kimi, artıq yaş öz sözünü deyir və bəlkə də, bu DÇ onun üçün sonuncu olacaq. Biz isə 2002-dən bəri gözümüzün öndə bir rol modeli, peşəkarlıq nümunəsi olanda ulduzu hələ canlı şəkildə izləyə bildiyimizin zövqünü yaşamalıyıq. İstər bu Ronaldo olsun, istər Messi olsun, istərsə də, Neymar…

P.S. Messi və Kriştiano dost olmasa da, bir-birinə hörmət edən iki peşəkardır. Özünü onların izləyicisi sayanlardan fərqli olaraq. Tarixdəki bir çox rəqib (hətta düşmən) dostluq edib. Bu haqda kanalda da “Rəqabət” videosunda danışmışdım. Sadəcə, insanlarmı? Xeyr, elə şirkətlər də. Ona görə də, rəqabət varsa, etməli olduğumuz tərəf seçmək yox, onları o yerlərə çıxaran faktorlara fikir vermək, peşəkarlığa və görülən işə hörmət etməkdir. Məncə… Yenə də, özünüz bilərsiz…

Vüsal Qəmbərov, komanda.az

Oxşar xəbərlər


Bütün xəbərlər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR